Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək Bakı. 13 mart. REPORT.AZ/ Martın 16-da paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Elm və təhsil
1189
13 Mart , 2018 16:03
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Bakı. 13 mart. REPORT.AZ/ Martın 16-da paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Belə ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 220 nömrəli məktəb-liseydə (Ünvan: E.Süleymanov küçəsi 120a) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Orphus sistemi