Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəlib

Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəlib Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub
Elm və təhsil
1269
16 Oktyabr , 2017 11:28
Müəllim işdən çıxarıldığına görə məktəbi məhkəməyə verərək qalib gəlib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib.

“Report” xəbər verir ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.

Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.