Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən 763 müəllimin müsahibəsinə başlanılıb.
"Report" xəbər verir ki, müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi keçirir. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.
Müsahibələr 2 gün davam edəcək, aprel ayının 27-də yekunlaşacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb. Elektron qeydiyyat