Monitorinq heyətinin üzvü: "Bəzi aparıcıların nitqində gərəksiz həyəcan, dramatizm və pafos üstünlük təşkil edir"

Monitorinq heyətinin üzvü: "Bəzi aparıcıların nitqində gərəksiz həyəcan, dramatizm və pafos üstünlük təşkil edir"
Elm və təhsil
2021
5 Dekabr , 2018 13:00
Monitorinq heyətinin üzvü: Bəzi aparıcıların nitqində gərəksiz həyəcan, dramatizm və pafos üstünlük təşkil edir
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ "Bəzi aparıcıların nitqi çox sürətli olduğundan oxuduqları məlumat yanıltmac kimi səslənir.  Bəzilərinin nitqində isə gərəksiz həyəcan, dramatizm və pafos üstünlük təşkil edir".

“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Azərbaycan Dilçiliyi kafedrasının müəllimi, teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair hesabatın hazırlanmasında iştirak edən Mehriban Əlizadə deyib.

O bildirib ki, Azərbaycan dili lüğət ehtiyatı, qrammatik struktur, ifadə planının zənginliyi baxımından mükəmməl olsa da, onun tətbiqi və təkmilləşdirilməsi ilə bağlı bəzi nöqsanlar var: "Bu gün televiziyalarda çıxış edənlərin nitqində özünü göstərən bir sıra nöqsanlar, ədəbi dil normalarının pozulması faktları dili qorumaq kimi nəcib missiyanın həyata keçirilməsi işinə ciddi xələl gətirir".