Misir səfiri Bilik Fondunun “Səfir saatı” klubunun qonağı olub

Misir səfiri Bilik Fondunun “Səfir saatı” klubunun qonağı olub Xanım səfir Misirin siyasi-iqtisadi əlaqələri, elmi və mədəni həyatı və s. bağlı sualları cavablandırıb
Elm və təhsil
10 Aprel , 2017 18:45
Misir səfiri Bilik Fondunun “Səfir saatı” klubunun qonağı olub

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib.

Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, “Səfir saatı” klubunun əsas məqdsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan və xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.

Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Universitetlərinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Misirin qədim tarixi və coğrafiyası haqqında klub üzvlərinə əhatəli məlumat verən səfir burada xristianlarla müsəlmanların yanaşı, yaşamasını tolerantlığın göstəricisi kimi dəyərləndirib, təmsil etdiyi ölkənin xarici əlaqələrinin istiqamətləri barədə danışıb.

Xanım Suzan Cəmil diplomat fəaliyyəti, Misirin siyasi-iqtisadi əlaqələri, elmi və mədəni həyatı, Misir-Azərbaycan münasibətləri ilə bağlı gənclərin çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi