MİQ üzrə narazı müəllimlərin apellyasiya müraciətlərinə başlanılıb

MİQ üzrə narazı müəllimlərin apellyasiya müraciətlərinə başlanılıb Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Elm və təhsil
15 iyul 2022 07:18
MİQ üzrə narazı müəllimlərin apellyasiya müraciətlərinə başlanılıb

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.

"Report" xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, ötən gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi