MİQ-in müsahibə mərhələsinə başlanılıb

MİQ-in müsahibə mərhələsinə başlanılıb Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Elm və təhsil
18 Avqust , 2022 09:48
MİQ-in müsahibə mərhələsinə başlanılıb

Bu gündən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə "Report"a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5298 nəfər dəvət edilib. İlk gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

25 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi