MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanılır.
Elm və təhsil
27 Avqust , 2021 15:09
MİQ-in müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
0 : 00
0 : 00

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanılır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müsahibə mərhələsində uğur qazanmayan namizədlər bu gün saat 17:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat 30 avqust saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi