Müəllimlərin arasında ən çox balı o topladı

Müəllimlərin arasında ən çox balı o topladı Avqustun 19-da müəllimlərin işə qəbulu imtahanındailk maksimum nəticə qeydə alınıb.
Elm və təhsil
20 Avqust , 2020 10:00
Müəllimlərin arasında ən çox balı o topladı

Avqustun 19-da müəllimlərin işə qəbulu imtahanında ilk maksimum nəticə qeydə alınıb.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, namizədlərdən biri maksimum - 60 bal toplayıb.

Belə ki, ilk yüksək nəticə göstərən namizəd azərbaycan dili və ədəbiyyatdan imtahan verən Leyla Ağayeva olub.

Qeyd edək ki, ötən gün Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında daha 11 nəfər 50 baldan çox nəticə göstərib.

Son xəbərlər

Orphus sistemi