Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb  Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.
Elm və təhsil
12 Oktyabr , 2020 18:06
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Son xəbərlər

Orphus sistemi