Milli Kitabxana ixtisarların aparılması ilə bağlı məsələyə aydınlıq gətirib

Milli Kitabxana ixtisarların aparılması ilə bağlı məsələyə aydınlıq gətirib Əminə Cəfərova: "İxtisarların olduğu doğrudur, ancaq ləğv olunan heç bir şöbənin əməkdaşı işsiz qalmayıb"
Elm və təhsil
18 Aprel , 2017 13:13
Milli Kitabxana ixtisarların aparılması ilə bağlı məsələyə aydınlıq gətirib
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası qurumda ixtisarların aparılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.

Kitabxananın elmi katibi Əminə Cəfərova "Report"a bildirib ki, qurumda mövcud olan 5 şöbə ləğv edilərək əvəzinə 2 şöbə yaradılıb: "Təbii ki, işin həcminə, günün tələbinə görə ixtisarların olduğu doğrudur. Ancaq ləğv olunan heç bir şöbənin əməkdaşı işsiz qalmayıb. Onlar yeni yaradılmış 2 şöbənin daxilindəki bölmələrə yerləşdiriləcək".

O, bir çox işçinin aprel və may aylarında öz hesablarına məzuniyyətə göndərilməsi ilə bağlı xəbəri isə təkzib edib: "İşçilər öz istəkləri ilə məzuniyyətə çıxırlar".

Son xəbərlər

Orphus sistemi