Təhsil naziri istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planını təsdiq edib

Təhsil naziri istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planını təsdiq edib Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub
Elm və təhsil
2031
7 Sentyabr , 2017 18:54
Təhsil naziri istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planını təsdiq edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2017-2018-ci dərs ilinə aid tədris planı təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, “İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2017-2018-ci dərs ilinə aid tədris planı” və “Tədris planına dair qeydlər” təsdiq edilməli, Ümumi və məktəbəqədər təhsil şöbəsi tədris planının həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.