Mikayıl Cabbarov inklüziv təhsillə bağlı əmr imzalayıb

Mikayıl Cabbarov inklüziv təhsillə bağlı əmr imzalayıb Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə həvalə olunub
Elm və təhsil
29 Mart , 2015 17:09
Mikayıl Cabbarov inklüziv təhsillə bağlı əmr imzalayıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrası barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd Azərbaycanın Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanan "2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasını təmin etməkdir.

Əmrə əsasən, BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilməli, Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilməli, pilot müəssisələrdə loqopedik xidmət yaradılmalıdır. Həmçinin layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılıb.

Əmrin icrasına nəzarət isə İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunub.

Son xəbərlər

Orphus sistemi