Mikayıl Cabbarov: “Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinə yenidən baxmaq lazımdır”

Mikayıl Cabbarov: “Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinə yenidən baxmaq lazımdır” “Təhsil sahəsində bəzi problemlər mövcuddur”
Elm və təhsil
29 Aprel , 2016 11:14
Mikayıl Cabbarov: “Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinə yenidən baxmaq lazımdır”

Bakı. 29 aprel. REPORT.AZ/ “Ali təhsil müəssisələrinin nəzdində texnoparkların yaradılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib ki, ali təhsil müəssisələri üçün kadrların hazırlanması diqqət mərkəzindədir.

Onun sözlərinə görə, təhsil müəssisələrində elektron kitabxanaların yaradılması istiqamətində də işlər davam etdirilir.

Nazir qeyd edib ki, təhsil sahəsində bəzi problemlər mövcuddur: “Ali təhsil müəssisələrinin maliyyələşdirilmə mexanizminə yenidən baxmaq lazımdır. Təhsil müəssisələrinin öz elmi işlərini həyata keçirmələri üçün maliyyələşdirilmə həyata keçirilməlidir”.

Son xəbərlər

Orphus sistemi