Azərbaycanda “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılıb

Azərbaycanda “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılıb Qərarın icrasına nəzarət akademik Əhliman Əmiraslanova həvalə edilib
Elm və təhsil
21 Yanvar , 2015 19:12
Azərbaycanda “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bugünkü iclasında "Meşə mikologiyası və patologiyası" beynəlxalq laboratoriyasının elmi fəaliyyət proqramının təsdiq edilməsi haqqında qərar qəbul edilib. "Report" xəbər verir ki, proqramın icrasından irəli gələn məsələlərin həlli AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadəyə, qərarın icrasına nəzarət isə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova həvalə edilib.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarı əsasında AMEA-nın Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılıb.

“Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş elmi fəaliyyət proqramı və büdcəsi ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti ilə razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi