Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ictimaiyyətə təqdim olunub.
Elm və təhsil
4 May , 2022 14:14
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ictimaiyyətə təqdim olunub.

"Report"un məlumatına görə, bununla əlaqədar olaraq Yevlax Rayon Təhsil Şöbəsinin inzibati binasında tədbir keçirilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovu Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli ictimaiyyətə təqdim edib.

Mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin rəsmiləri, regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi