"İlk sertifikasiya imtahanında uğur qazana bilməyən müəllimlər üçün Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təlimlər təşkil olunur".
"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
"Həmin müəllimlərin iş yeri saxlanılır və bir il müddətinə öz fəaliyyətlərinə davam edirlər. Növbəti ildə təkrar sertifikatlaşmaya cəlb olunurlar", - o söyləyib.