Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edəcək Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Elm və təhsil
20 İyul , 2017 10:11
Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edəcək
Report

Bakı. 20 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən "Report"a verilən məlumata görə, qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyulun 28-də saat 12:00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon Təhsil Şöbələrində 20 – 27 iyul 2017-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi