Məleykə Abbaszadə: "Rəhbər vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var"

Məleykə Abbaszadə: "Rəhbər vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var" Bakı. 17 aprel. REPORT.AZ/ Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər, yəni 3000-dən çox insan iştirak edib. Lakin A inzibati rəhbər vəzifələri üçün olan imtahanlara çox az insan qatılıb.
Elm və təhsil
17 Aprel , 2018 11:02
Məleykə Abbaszadə: Rəhbər vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Elchin Murad

Bakı. 17 aprel. REPORT.AZ/ "Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər, yəni 3000-dən çox insan iştirak edib. Lakin A inzibati rəhbər vəzifələri üçün olan imtahanlara çox az insan qatılıb".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, A növü üzrə imtahanda iştirak üçün 127 namizəd qeydiyyatdan keçmişdi: "Onlardan 125-i imtahanda iştirak edib və yalnız 41 nəfər uğur qazanıb. Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var".

M.Abbaszadə qeyd edib ki, ölkədə 202 nəfər məsləhətçi vəzifələrinə qəbul olub və sonradan işində yüksəlib: "Belə ki, dövlət qulluğunda ən aşağı vəzifə üzrə məsləhətçi vəzifəsinə qəbul edilən 32 nəfər dövlət təşkilatlarında şöbə müdiridir. Onlardan 32-si şöbə müdirinin müavini, 138-i isə sektor müdiridir. Hazırda dövlət qulluğunda yüksəliblər ki, bu da çox yaxşı göstəricidir".

Son xəbərlər

Orphus sistemi