Məleykə Abbaszadə Oğuzda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Oğuzda vətəndaşları qəbul edəcək "Qəbula gələn vətəndaşların şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur"
Elm və təhsil
5 May , 2015 16:54
Məleykə Abbaszadə Oğuzda vətəndaşları qəbul edəcək

Bakı. 5 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Oğuz şəhərində vətəndaşları qəbul edəcək. 

TQDK-dan "Report"a verilən xəbərə görə, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Mayın 15-də Oğuzda AFRA hoteldə keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etməlidir.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur.  

Son xəbərlər

Orphus sistemi