Məleykə Abbaszadə: "Mən dövlət qulluğunda fəaliyyətə əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra başlamışam"

Məleykə Abbaszadə: "Mən dövlət qulluğunda fəaliyyətə əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra başlamışam"
Elm və təhsil
996
19 Dekabr , 2018 11:43
Məleykə Abbaszadə: Mən dövlət qulluğunda fəaliyyətə əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra başlamışam
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ "Mən əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra dövlət qulluğunda fəaliyyətə başlamışam".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, övladları 18 yaşına çatana qədər yalnız elmi fəaliyyətlə məşğul olub: "Mən elə fəaliyyəti seçmişdim ki, mənim iş rejimim övladlarımla bir yerdə vaxt keçirməyə mane olmasın. Yalnız onlar 18 yaşı tamam olandan sonra mən dövlət qulluğunda fəaliyyətə başladım".

M.Abbaszadə qeyd edib ki, valideynlərin özlərini övladlarının gələcəyinə həsr etməsi şəxsi məsələdir: "Erkən yaşda insanın inkişafına təsir etmək imkanları daha yüksəkdir".