Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik.
"Report" xəbər verir ki, bunu dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılışında çıxış edərkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, insan kapitalı inkişaf etməsə, innovasiyalı gələcək mümkün olmayacaq:
"Bu baxımdan, "Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır. Təhsil sistemi müasir cəmiyyətin tələblərinə cavab vermək üçün qabaqlayıcı olmalıdır. Əvvəllər ali təhsillə əldə olunmuş biliklər 20-25 il qüvvədə idisə, bu gün bu zaman 5-7, hətta bəzi sahələrdə 2-3 ilə qədər azalıb. Yəni ali təhsil zamanı öyrədilən biliklərin aktuallığı qısa çəkir", - sədr qeyd edib.