Məleykə Abbaszadə “EuroHome”dakı yanğına görə görüşünü təxirə salıb

Məleykə Abbaszadə “EuroHome”dakı yanğına görə görüşünü təxirə salıb Məleykə Abbaszadənin Xırdalanda vətəndaşlarla görüşü “EuroHome”dakı yanğına görə təxirə salınıb
Elm və təhsil
10 Dekabr , 2019 11:17
Məleykə Abbaszadə “EuroHome”dakı yanğına görə görüşünü təxirə salıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Xırdalan şəhərində, Heydər Əliyev Mərkəzində bu gün keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu “EuroHome” tikinti materialları bazarında baş verən güclü yanğına görə təxirə salınıb.

DİM-dən “Report”a verilən məlumata görə, vətəndaşların qəbulunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Bundan başqa, vətəndaş qəbulundan sonra keçirilməsi planlaşdırılan fənlər üzrə müəllimlərin elmi-metodiki seminarlarında iştirak edəcək müəllimlərlə əlaqə saxlanılıb və onlar da məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi