Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur" Bakı. 16 fevral. REPORT.AZ/ Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək. 
Elm və təhsil
16 Fevral , 2018 19:02
Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur

Bakı. 16 fevral. REPORT.AZ/ "Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək". 

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"nun "QəbuldASAN" verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm gözləniləndən dəfələrlə aşağıdır: "Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur". 

Son xəbərlər

Orphus sistemi