Məleykə Abbaszadə ali məktəblərin qəbul imtahanlarının vaxtının açıqlanmamasına aydınlıq gətirib

Məleykə Abbaszadə ali məktəblərin qəbul imtahanlarının vaxtının açıqlanmamasına aydınlıq gətirib "Hər kəsin indidən sənəd verməsi labüddür"
Elm və təhsil
121
17 Mart , 2017 12:12
Məleykə Abbaszadə ali məktəblərin qəbul imtahanlarının vaxtının açıqlanmamasına aydınlıq gətirib
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin qəbul imtahanlarının vaxtının hələ də açıqlanmaması məsələsinə aydınlıq gətirib.

“Report” xəbər verir ki, DİM sədri I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin aprel ayında olacağını bildirib.

Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil: “Çünki biz hələ bilmirik ki, hansı qrupa neçə nəfər abituriyent sənəd verəcək. Ona görə də hər kəsin indidən sənəd verməsi labüddür. Yalnız bundan sonra dəqiq günlər müəyyənləşəcək. Ola bilər ki, hansısa qrupa 5 nəfər, digər qrupa isə 50 min nəfər sənəd verdi. Biz bunu indidən bilmirik. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Ola bilsin, daha az tələbə sayı olacaq hansısa qruplar eyni gündə imtahan verəcəklər. Biz hələ bunu bilmirik”.

M.Abbaszadə qeyd edib ki, ali məktəblərə sənəd verəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər: “Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək. Rus bölməsinin məzunları bu imtahanda iştirak etmək üçün bu vaxta kimi sənəd verərək təsdiq etmələri çox vacibdir. I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələsində iştirak etmək istəməyənlər II mərhələsində iştirak edəcəklər. Hər iki imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər”.