Məleykə Abbaszadə 680-dən çox bal toplayan abituriyentlərin yenidən imtahan vermələrinə münasibət bildirib

Məleykə Abbaszadə 680-dən çox bal toplayan abituriyentlərin yenidən imtahan vermələrinə münasibət bildirib "Əgər abituriyent qarşısına 700 bal toplamağı hədəf qoyubsa, biz bunu sadəcə alqışlaya bilərik"
Elm və təhsil
111
19 İyun , 2017 14:30
Məleykə Abbaszadə 680-dən çox bal toplayan abituriyentlərin yenidən imtahan vermələrinə münasibət bildirib
Report.az

Bakı. 19 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 680-dən çox bal toplayanların ikinci dəfə keçiriləcək yay imtahanlarında yenidən iştirak etmələrinə münasibət bildirib.

"Report" xəbər verir ki, DİM sədri bunu onların ikinci şansı hesab edib: "Əgər abituriyent qarşısına 700 bal toplamağı hədəf qoyubsa, biz bunu sadəcə alqışlaya bilərik".

M.Abbaszadə deyib ki, ali və orta ixtisas məktəblərinə may ayında əlavə olaraq aparılan sənəd qəbulu zamanı 5000-dən çox abituriyent yenidən sənəd verib: "Bu il ümumilikdə 90 min abituriyent qəbul prosesində iştirak edir. Onların bir qismi I-IV, digər qismi isə V qrupa və kolleclərə sənəd verib. Bu rəqəmlər ötən illə eyni həddədir. Nəzərə almaq lazımdır ki, bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb. Hər il abituriyentlərin əsas kontingentini cari ilin məzunları təşkil edir. Bu il I-IV qrupda iştirak edənlərin 70 faizi bu ilin məzunlarıdır, qalanları isə əvvəlki illərin məzunlarıdır".