​Məktəblilər Respublika Gününü qeyd ediblər

​Məktəblilər Respublika Gününü qeyd ediblər Tədbirin sonunda məktəblilər mükafatlandırılıb
Elm və təhsil
27 May , 2015 16:57
​Məktəblilər Respublika Gününü qeyd ediblər

Bakı. 27 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi 28 May - Respublika Günü münasibətilə Samux rayonunda tədbir keçirib. 

GTM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktəblilərin iştirakı ilə baş tutan tədbirdə ziyalılar, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə məktəblilərin Azərbaycanın dövlətçilik tarixi barədə danışılıb, sonra onların ifasında hazırlanan kompozisiyalar dinlənilib.

Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkədə müasir dövlət quruculuğu yolunda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs ediblər.

Sonda tədbirin iştirakçısı olan məktəblilər Mərkəz tərəfindən mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi