Bakı. 31 mart. REPORT.AZ/Bu gün Xətai rayonunun 249 saylı orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olublar.
Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən bildirilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov məktəblilərə Azərbaycan tarixinə qanla yazılan 31 Mart soyqırımı haqqında məlumat verib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin 26 mart, 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir, dünyanın müxtəlif ölkələrində bu qanlı faciəyə həsr olunmuş tədbirlər, görüşlər keçirilir.
BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə məktəblilərə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib.