Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görüşlər keçirilir

Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görüşlər keçirilir Bakı. 7 noyabr. REPORT.AZ/ Paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici görüşlər keçirilir.
Elm və təhsil
7 Noyabr , 2018 19:14
Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görüşlər keçirilir

Bakı. 7 noyabr. REPORT.AZ/ Paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici görüşlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

BŞTİ-nin tabeliyindəki Məktəb-Lisey Kompleksində təşkil olunan görüşdə İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Görüşdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldılması və şəffaflığın genişləndirilməsinin təmin oldunduğunu konkret faktlar əsasında diqqətə çatdırıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulu, uşaqların I sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, Səyyar qəbulların səmərəli aparılması, məktəb-valideyn əməkdaşlığının təşəkkül tapması və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi