Bakı. 27 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə"yə dəyişiklik edib.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişikliyə əsasən, əsanamənin 2.1.1-ci yarımbəndində (Pedaqoji şuranın fəaliyyət istiqamətləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli qərarı ilə təsdiq edilən "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"na uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi və təhsil proqramlarının seçilməsi) "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən" sözləri qeyd edilib.