Məktəbəhazırlıq qruplarına qeydiyyat nə vaxt başlayır?

Məktəbəhazırlıq qruplarına qeydiyyat nə vaxt başlayır? Qeydiyyatın yay aylarında aparılması gözlənilir
Elm və təhsil
26 Aprel , 2021 14:54
Məktəbəhazırlıq qruplarına qeydiyyat nə vaxt başlayır?
0 : 00
0 : 00

"Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Report"un sualını cavablandırarkən deyib.

O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.

Son xəbərlər

Orphus sistemi