Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib Qiymətləndirmədə 3616 müəllim iştirak edərək regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 %-ni təşkil edib
Elm və təhsil
334
2 Mart , 2017 19:12
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 3 gün davam edən qiymətləndirmədə 3616 müəllim iştirak edərək regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 %-ni təşkil edib.

On beş istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb.

Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub.

Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi