​Meksikanın səfiri ADU-da olub

​Meksikanın səfiri ADU-da olub Görüşdə Azərbaycan-ispan dili lüğətinin çap olunması və s. ilə bağlı geniş müzakirələr aparılıb
Elm və təhsil
13 Aprel , 2016 19:54
​Meksikanın səfiri ADU-da olub

Bakı. 13 aprel. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan "Report"a verilən məlumata görə, ispan dili kafedrasının müdiri Aynur Quliyevanın təşkilatçılığı ilə baş tutan görüş səfirlik və universitet arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyıb.

Səfir Roqriqo Labardini ADU-ya ziyarət zamanı ispan dili kafedrası ilə yaxından tanış olub, kafedranın yaranma tarixi və fəaliyyəti haqqında səfirə ətraflı məlumat alıb. 

Görüşdə Meksika filmlərinin nümayişi ilə ispan dilinin tədrisinin genişləndirilməsi, Azərbaycan-ispan dili lüğətinin çap olunması, səfirlikdə təqdimatların keçirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda, bu günə kimi ADU-nun qonağı olmuş müxtəlif səfirliklərin ispandilli nümayəndələri haqqında da məlumat verilib.

Rəsmi qəbuldan sonra İspan dili ixtisasında təhsil alan tələbələrlə görüşən səfir onları maraqlandıran sualları cavablandırıb. İspaniyada tələbə təqaüdləri, səfirin gündəlik günü, Latın Amerikasında yaşayan yerli tayfalar, Dağlıq Qarabağ münaqişəsi və s mövzular ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi