Meksika səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub

Meksika səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub Tərəflər memarlıq və inşaat tədrisi sahəsində əməkdaşlığın qurulmasına dair qarşılıqlı maraqlarını ifadə edib
Elm və təhsil
18 Mart , 2016 20:07
Meksika səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub

Bakı. 18 mart. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovayla görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə rektor universitetin xarici ölkələrin ali təhsil ocaqları ilə qurduğu əməkdaşlıq əlaqələri haqqında məlumat verərək, bu iş birliyi çərçivəsində həyata keçirilən layihələri qeyd edib.

Səfir Labardini ölkəsinin memarlıq xüsusiyyətlərini və Meksikada dünyanın 20 seçilmiş ali memarlıq məktəbinin mövcudluğunu vurğulayaraq adıçəkilən sahə üzrə qarşılıqlı əlaqə yollarının açılması imkanlarından söz açıb.

Tərəflər memarlıq və inşaat tədrisi sahəsində əməkdaşlığın qurulmasına dair qarşılıqlı maraqlarını ifadə edib.

Son xəbərlər

Orphus sistemi