Meksika səfiri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə görüşüb

Meksika səfiri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə görüşüb Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər
Elm və təhsil
16 Fevral , 2016 18:24
Meksika səfiri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə görüşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovla görüş keçirib.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı R.Labardiniyə milli təhsil sistemi, adıçəkilən universitet haqqında ümumi məlumat və onun elektron dərslər sahəsində əldə etdiyi son uğurlardan bəhs olunub.

A.Muradov rəhbərlik etdiyi təhsil ocağının xarici universitetlərlə olan əməkdaşlıq əlaqələrindən danışıb. Meksikanın səfiri isə öz növbəsində ölkəsinin təhsil sisteminə toxunub, Meksika iqtisadiyyatının əsas xüsusiyyətləri və bu gün onun dünyada tutduğu yerdən söhbət açıb.

Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi