Meksika səfiri Azərbaycan Dillər Universitetini ziyarət edib

Meksika səfiri Azərbaycan Dillər Universitetini ziyarət edib Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı
Elm və təhsil
229
29 Fevral , 2016 21:19
Meksika səfiri Azərbaycan Dillər Universitetini ziyarət edib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardinini qəbul edib.

ADU-dan "Report"a verilən məlumata görə, universitet haqqında məlumat verən professor Dünyamin Yunusov ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə 22 dilin tədris olunduğunu bildirib.

D.Yunusov ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetdə mövcud olan dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib. O, görüşdə ADU-nun dünyanın bir çox ölkələrinin universitetləri ilə əlaqələrindən də danışıb. Universitetin İnformasiya Resurs Kompleksinin fəaliyyətindən söz açan professor Dünyamin Yunusov on mindən artıq kitabları olan kompleksdən yalnız ADU heyətinin deyil, maraqlanan hər bir şəxsin yararlana biləcəyini vurğulayıb. ADU-nun elmi fəaliyyəti haqqında danışan professor Elmi hissə tərəfindən nəşr olunan “Dil və ədəbiyyat”, “Elmi xəbərlər”, “Beynəlxalq münasibətlərin aktual problemləri” adlı jurnallarla qonağı tanış edib.

R. Labardini öz növbəsində təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Meksika arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub.

Son xəbərlər

Orphus sistemi