Məhəbbət Vəliyeva: "Son zəng" tədbirləri yalnız məktəb daxilində keçirilməlidir”

Məhəbbət Vəliyeva: "Son zəng" tədbirləri yalnız məktəb daxilində keçirilməlidir” Bakı. 12 iyun. REPORT.AZ/ “İyunun 14-də bütün məktəblərdə Son zəng tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.
Elm və təhsil
110
12 İyun , 2018 11:37
Məhəbbət Vəliyeva: Son zəng tədbirləri yalnız məktəb daxilində keçirilməlidir”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva / Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi cəlb olunmur. M.Vəliyeva vurğulayıb ki, şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilir: "Builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək".

İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: "27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək".

Son xəbərlər

Orphus sistemi