Məhəbbət Vəliyeva: "6 yaşı tamam olan uşaqların I sinfə qəbulu bəzi məktəblərdə cüzi sıxlıqla nəticələnə bilər"

Məhəbbət Vəliyeva: "6 yaşı tamam olan uşaqların I sinfə qəbulu bəzi məktəblərdə cüzi sıxlıqla nəticələnə bilər" Bakı. 9 iyul. REPORT.AZ/ Təqvim ilinin sonuna qədər 6 yaşı tamam olan uşaqların da I sinfə qəbul edilməsi müəyyən ərazilərdəki məktəblərdə cüzi sıxlıqla nəticələnə bilər.
Elm və təhsil
9 İyul , 2018 11:11
Məhəbbət Vəliyeva: 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu bəzi məktəblərdə cüzi sıxlıqla nəticələnə bilər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva / Report
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ "Təqvim ilinin sonuna qədər 6 yaşı tamam olan uşaqların da I sinfə qəbul edilməsi müəyyən ərazilərdəki məktəblərdə cüzi sıxlıqla nəticələnə bilər".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, "Təhsil haqqında" qanunda edilən dəyişikliklə təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların təhsil hüququnu tanınıb: "Biz həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə cüzi sıxlıqla nəticələnə bilər. Onlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur".

M.Vəliyeva qeyd edib ki, bu gün ölkə üzrə məktəblərdə şagird sıxlığı yalnız müəyyən məktəblərdə müşahidə edilir: "Bu xüsusilə Bakı məktəblərində müşahidə edilir. Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğu məlumdur.

Bu dərs ilində elə məktəblər var ki, ora ərazi prinsipi tətbiq olunmadı. Amma sıxlıq müşahidə edilən məktəblərdə ilk növbədə uşaqlar ərazi üzrə qəbul olunacaq. Yalnız əlavə yerlər qaldığı təqdirdə uşaq qəbulu həyata keçirilirdi".

O əlavə edib ki, növbəti dərs ilində bu məsələ ciddi diqqət mərkəzində olacaq: "Artıq ikinci ildir ki, məktəbəhazırlıq və məktəblərdə təlimlərə təlimlərə cəlb olunma elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıqda ərazi prinsipini daha geniş şəkildə tətbiq edəcəyik".

Son xəbərlər

Orphus sistemi