Məhəbbət Vəliyeva: "Bakıda hansısa müəllimin müsabiqədən kənar qəbul edilməsi faktı ilə qarşılaşmamışıq"

Məhəbbət Vəliyeva: "Bakıda hansısa müəllimin müsabiqədən kənar qəbul edilməsi faktı ilə qarşılaşmamışıq" "Bu məlumatı saxtalaşdırmaq mümkün deyil"
Elm və təhsil
146
14 Aprel , 2017 12:24
Məhəbbət Vəliyeva: Bakıda hansısa müəllimin müsabiqədən kənar qəbul edilməsi faktı ilə qarşılaşmamışıq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva / Report

Bakı. 14 aprel. REPORT.AZ/ "Bakıda müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı hansısa müəllimin müsabiqədən kənar qəbul edilməsi faktı ilə qarşılaşmamışıq".

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, Bakı məktəblərinin kadr təminatı məsələsi bütövlükdə İdarə tərəfindən elektron qaydada tənzimlənir: "Hətta müvəqqəti yaranan vakansiya barədə İdarə dərhal məlumatlandırılır. Çünki əmək haqları alınanda bu faktlar mütləq üzə çıxacaq. Bu gün istər əmək haqqı, istərsə də kadrlar məsələsi elektron qaydada həyata keçirildiyindən belə faktları gizlətmək və ya məlumatı saxtalaşdırmaq mümkün deyil. Hələlik belə bir faktlarla qarşılaşmamışıq".