Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib

Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinləyib
Elm və təhsil
234
3 Sentyabr , 2016 12:35
Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib.

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, məktəbin binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Layihənin icrasına 3,1 milyon manat vəsait xərclənib. Burada 14 sinif otağı, zal, bufet, rəqs otağı, kitabxana, heykəltəraşlıq emalatxanası və s. var.

Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinləyib.

Sonda xatirə şəkli çəkdirilib.