Martın 9-da tam Günəş tutulması baş verəcək

Martın 9-da tam Günəş tutulması baş verəcək Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq
Elm və təhsil
177
8 Fevral , 2016 13:34
Martın 9-da tam Günəş tutulması baş verəcək

Bakı. 8 fevral. REPORT.AZ/ "Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək".

"Report" xəbər verir ki, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. 

Onun sözlərinə görə, tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq 05:57-dək davam edəcək: "2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanlarının üzərindən keçərək, Cənub-Şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək. Təbiət hadisəsi zamanı səmada "gündüz ulduzu"nun ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək".

X.Mikayılov qeyd edib ki, tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.