Marsda ilk dəfə ozon izləri tapılıb

Marsda ilk dəfə ozon izləri tapılıb Marsda yeni qaz izləri ESA Kosmik Qaz Orbital Aparatı tərəfindən tapılıb
Elm və təhsil
29 İyul , 2020 19:22
Marsda ilk dəfə ozon izləri tapılıb

Tarixdə ilk dəfə Mars planetində ozon və karbon qazının izləri aşkar edilib.

“Report” “korrespondent.net” portalına istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin rəsmi saytında məlumat verilib.

Marsda yeni qaz izləri ESA Kosmik Qaz Orbital Aparatı tərəfindən tapılıb.

ESA mütəxəssisləri qeyd edirlər ki, Mars atmosferi ilə bağlı yeni məlumatlar planetdə metan qazının olub-olmadığını öyrənməyə kömək edəcək. Bu qaz birbaşa planetdəki geoloji və bioloji fəaliyyətlə əlaqəlidir.

Metan qazı təxminən 400 ildən sonra yoxa çıxır. Odur ki, onun digər planetlərdə kəşfi nisbətən yaxın vaxtlarda yarandığına işarədir.

Son xəbərlər

Orphus sistemi