Azərbaycanda körpələrə Mamabikə, Yanık, Seçki, Yubuğ adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI

Azərbaycanda körpələrə Mamabikə, Yanık, Seçki, Yubuğ adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI “Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.
Elm və təhsil
290
2 Sentyabr , 2019 11:05
Azərbaycanda körpələrə  Mamabikə, Yanık,  Seçki, Yubuğ adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI

“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.

Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:

“Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

Son xəbərlər

Orphus sistemi