Maliyyə - maliyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət kimi yazılacaq

Maliyyə - maliyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət kimi yazılacaq Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində -iyyat, - iyyət və -iyyə şəkilçisi ilə yazılan sözlərin bir [y] ilə yazılması təklif olunur.
Elm və təhsil
12 Yanvar , 2018 12:23
Maliyyə - maliyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət kimi yazılacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində "-iyyat", "- iyyət" və "-iyyə" şəkilçisi ilə yazılan sözlərin bir [y] ilə yazılması təklif olunur.

“Report” məlumatına görə, layihədə qeyd olunub ki,  əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılıb. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – üslubiyat və s.

Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi