Maksimum bal toplayan şagird: "Bir-iki sualda tərəddüdlü idim"

Maksimum bal toplayan şagird: "Bir-iki sualda tərəddüdlü idim" “Sənədlərimi Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına vermək istəyirəm”
Elm və təhsil
26 may 2021 13:40
Maksimum bal toplayan şagird: Bir-iki sualda tərəddüdlü idim
Ayxan Kazımov

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb. Həmin şəxs Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbin şagirdi Ayxan Kazımovdur.

A.Kazımov “Report”a açıqlamasında bildirib ki, yüksək nəticə toplayacağını gözləyirdi:

“Amma bir-iki sualda tərəddüdlü idim. Cavablar çıxanda gördüm ki, hamısı düzdür. Sınaq imtahanlarında da yüksək bal toplayırdım, amma maksimum nəticə olmamışdı”.

A.Kazımov I ixtisas qrupu üzrə hazırlaşdığını qeyd edib:

“Sənədlərimi Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına vermək istəyirəm”.

Son xəbərlər

Orphus sistemi