Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub İmtahanda ən yüksək nəticə 95 bal olub
Elm və təhsil
26 Fevral , 2018 18:30
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub
"Report"

Bakı. 26 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Qurumdan "Report"a verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib. 

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12 387 bakalavrdan 146 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

Qeyd edək ki, müsabiqə şərtini ödəyən bakalavrlar II mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi