Magistr təhsilli şəxslər də ikili dövlət proqramı vasitəsilə təhsil üçün müraciət edə bilər

Magistr təhsilli şəxslər də ikili dövlət proqramı vasitəsilə təhsil üçün müraciət edə bilər
Elm və təhsil
350
1 İyul , 2020 15:57
Magistr təhsilli şəxslər də ikili dövlət proqramı vasitəsilə təhsil üçün müraciət edə bilər

“Dövlət hesabına birinci magistr təhsili alan şəxs ikili dövlət proqramı vasitəsilə təhsil almaq üçün müraciət edə bilər. Sadəcə budəfəki təhsilləri ödənişli olacaq”.

“Report” xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.

O qeyd edib ki, növbəti xaricdə doktorantura təhsili üzrə qəbul prosesində təxminən 50 nəfərin təhsil xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov onu da qeyd edib ki, bəzi universitetlərdə tədris bərpa olunub:

“Doktoranturada tələbələr gündəlik qrup halında dərsdən çox elmi tədqiqatlar aparılır və dərs olmur. Bu il qəbul olan gənclər arasında növbəti çarter reysləri ilə qəbul olduqları ölkələrə artıq getmək istəyənlər var”.