Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub

Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub Hər il 200 Azərbaycan vətəndaşı bu imkandan yararlana biləcək
Elm və təhsil
26 Yanvar , 2017 13:17
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Macarıstanda təhsil alamq istəyənlər üçün Təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Təqaüd proqramı Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2014-cü il noyabrın 11-də imzalanmış İş Proqramına əsasən həyata keçirilir. 

Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə təqaüd hesabına təhsil almaq imkanı yaradır. Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda birillik hazırlıq kursu keçməlidirlər. İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş səviyyəyə (keçid vasitəsilə tanış ola bilərsiniz) müvafiq ingilis dili biliyinə malik olmalıdırlar. 

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi