Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı açıqlandı

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı açıqlandı Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.
Elm və təhsil
13 Fevral , 2020 10:46
Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı açıqlandı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. 

Azərbaycan Təhsil Nazirliyindən "Report"a bildirilib ki, magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi