Bakı. 13 aprel. REPORT.AZ/ 2015-2016-cı tədris ilində Macarıstan ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 200 yer ayrılıb. Bu barədə "Report"a
Azərbaycanın Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 11 noyabr 2014-cü il tarixində imzalanmış İş Proqramına əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.
Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.
Xatırladaq ki, Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.